İsrail xaricdən könüllü hərbçilərin cəlb edilməsini istəyir
İsrail Silahlı Qüvvələri xarici ölkələrdən
yəhudilərin repatriasiyası proqramı çərçivəsində xaricdən 300-dən çox
könüllünün gəlməsini gözləyir.
TodayPress xəbər verir ki, bu barədə "The Jerusalem
Post" qəzeti məlumat yayıb.
Bildirilib ki, könüllü hərbçilər “Garin Tzabar” proqramı
(valideynləri İsraildə yaşamayan tənha əsgərlər üçün repatriasiya) çərçivəsində
avqustun sonunda ölkəyə gəlməlidirlər.
Həmçinin ABŞ (175 nəfər), Kanada (24) və Böyük
Britaniyadan (11) da çoxlu sayda hərbçinin gələcəyi gözlənilir.
Orduya cəlb edilənlər arasında Avstriya, Azərbaycan,
Argentina, Venesuela, Almaniya, Cəbəllütariq, Meksika, Tayland, Ekvador və
Cənubi Afrikadan olan şəxslər də yer alır.
tag: İsrail, ABŞ,Ordu,Kanada,todaypress.az,