İsrail vətəndaşları ölkələrini tərk etməyi düşünür
Dünya
06.10.2024 15:21
İsraillilərin təxminən dörddə biri Yaxın Şərqdəki müharibə səbəbindən ölkəni tərk etməyi düşünür.
TodayPress xəbər verir ki, bunu "Kantar Insights" sorğusunun nəticələri göstərib.
Məlumata görə, sorğuda iştirak edənlərin 23 faizi regiondakı vəziyyətlə əlaqədar ölkəni tərk etməyi düşündüyünü bildirib. Eyni zamanda, müxalifət partiyalarının tərəfdarları arasında getməyi düşünənlərin payı daha yüksək, 36 faiz olub.
Eyni zamanda, respondentlərin 67 faizi İsraili tərk etmək imkanını nəzərdən keçirmədiklərini qeyd edib . Ölkəni tərk etməyi planlaşdıran respondentlərin 21 faizi xaricdə iş imkanlarını araşdırıb, 15 faizi xarici pasport və ya viza almağa cəhd edib.
Töhfə Səməd
tag: İsrail,Vətəndaş,Ölkə,Sorğu,Müharibə,todaypress.az,