İsrail vətəndaşları çətin vəziyyətdə qaldılar, ölkələrinə qayıda bilmədilər

Dünya

04.08.2024 15:45

100 mindən çox İsrail vətəndaşı ölkələrinə qayıda bilməyib.

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Bildirilib ki, buna səbəb Yaxın Şərqdə vəziyyətin pisləşməsidir. Vəziyyətlə bağlı İsrail Xarici İşlər Nazirliyi xüsusi onlayn xidmət işə salıb. Bu xidmət vasitəsilə insanlar yerlərini bildirə və ölkəyə qayıtmaq üçün əlavə məsləhətlər ala bilərlər. Xaricdən qayıdan İsrail vətəndaşlarına Yunanıstan və ya Kiprə getmələri tövsiyə olunub.

Xatırladaq ki, son günlərdə 20-yə yaxın beynəlxalq aviaşirkət Təl-Əvivə uçuşlarını qeyri-müəyyən müddətə təxirə salıb.

Töhfə Səməd

tag: İsrail, HƏMAS, Dəyişiklik, Qəzza,Təl-Əviv,Uçuş,todaypress.az,