İsrail və Misir girovlarla bağlı danışıqların bərpasını müzakirə etdi
Dünya
14.10.2024 10:20
İsrailin Baş Təhlükəsizlik Xidmətinin direktoru Ronen Bar Qahirəyə səfər edib və Misir kəşfiyyatının rəhbəri Abbas Kamel ilə görüşüb.
TodayPress xəbər verir ki, bu barədə “Walla” informasiya portalı məlumat yayıb.
Bildirilib ki, xüsusi xidmət orqanlarının rəhbərləri arasında təmaslar zamanı digər məsələlərlə yanaşı, girovlarla bağlı danışıqların dalana dirənməsi də müzakirə olunub.
Mənbənin sözlərinə görə, Ronen Bar misirli həmkarı ilə iki ay əvvəl İsrail və Misir arasında münasibətlərə kölgə salan Rəfah keçidinin bağlanmasından sonra yaranmış böhranın həlli yollarını da müzakirə edib. Nəşr qeyd edib ki, Ronen Barın ofisi məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Töhfə Səməd
tag: İsrail , Ronen Bar ,Qahirə ,Rəfah ,Misir, todaypress.az,