İsrail və Livan arasında münaqişənin inkişaf ssenarisi açıqlandı

Dünya

28.09.2024 18:10

Yaxın Şərq və Qafqaz problemləri üzrə politoloq və ekspert Stanislav Tarasov hesab edir ki, İsrail və Livan arasında münaqişə kulminasiya nöqtəsinə yaxınlaşır. 

TodayPress xəbər verir ki, şərqşünas “Lenta.ru” ilə söhbətində “Hizbullah”ın baş katibi Həsən Nəsrullahın ölümündən sonra iki ölkə arasında münasibətlərin inkişafının mümkün ssenarisini təsvir edib.

“İsrail HƏMAS və “Hizbullah” liderlərini məhv etmək üçün xüsusi əməliyyatlar keçirib. Bu sirr deyil. HƏMAS və “Hizbullah” liderləri təbii ki, bunun fərqində idilər. Təcrübəmə əsasən deyə bilərəm ki, bu cür hərəkatların böyük dəstələri olur. Odur ki, tezliklə Nəsrullahın yerinə başqa bir adam peyda olacaq” deyə Tarasov bildirib. 

Töhfə Səməd

tag: Yaxın Şərq, Qafqaz ,İsrail, Livan ,Həsən Nəsrullah ,Hizbullah ,todaypress.az,