İsrail və "Hizbullah" arasında atəşkəs qüvvəyə mindi
İsrail Müdafiə Qüvvələri ilə Livanın "Hizbullah" hərəkatı arasında atəşkəs razılaşması qüvvəyə minib.
TodayPress xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat verib.
"Atəşkəs razılaşması qüvvəyə minib" məlumatda qeyd olunub.
Qeyd edək ki, bir gün əvvəl İsrail Livanla atəşkəs sazişi imzalayıb.
ABŞ prezidenti Cozef Bayden bildirib ki, sənəd döyüş əməliyyatlarının daimi dayandırılmasını və mülki əhalinin Livan-İsrail sərhədində zərər çəkmiş bölgələrə qayıtması üçün şərait yaradılmasını nəzərdə tutur.
Günəş Mərd
tag: İsrail, Qəzza, Livan, Bayden, todaypress.az,