İsrail və HƏMAS Qəzza ilə bağlı yekun razılaşma layihəsini aldı

Dünya

13.01.2025 16:57

2531

Qətər Qəzza zolağında atəşkəs və girovların azad edilməsinə dair yekun saziş layihəsini İsrail və Fələstinin HƏMAS hərəkatına təhvil verib. 

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.   

Bildirilib ki, İsrail kəşfiyyatının rəhbəri, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın xüsusi nümayəndəsi və Qətərin baş naziri Məhəmməd bin 

Əbdürrəhman Əl Tani arasında keçirilən görüşdən sonra Dohada danışıqlarda irəliləyiş əldə olunub.        

“Növbəti 24 saat razılaşma əldə etmək üçün kritik olacaq” məlumatda qeyd olunub. 

Xatırladaq ki, yanvarın 12-də Cozef Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, Qəzzada girovların azad edilməsi ilə bağlı danışıqlar son mərhələdədir və Donald Tramp ABŞ prezidenti vəzifəsinə başlamazdan əvvəl razılıq əldə oluna bilər.    

Günəş Mərd

tag: Bayden ,Qəzza ,ABŞ ,İsrail ,todaypress.az,