İsrail və ABŞ müdafiə nazirləri İrana qarşı birgə mübarizəni müzakirə etdilər
Dünya
02.08.2024 23:30
İsrailin müdafiə naziri Yoav
Qalant və Pentaqonun rəhbəri Lloyd Ostin telefon danışığı zamanı İrana qarşı
birgə mübarizəni müzakirə ediblər.
TodayPress xəbər
verir ki, bu barədə İsrail hərbi idarəsinin mətbuat xidməti məlumat yayıb
Məlumatda Qalantın Ostinə
regiondakı vəziyyətlə bağlı son hadisələr fonunda məlumat verdiyi bildirilir. Tərəflər
həmçinin İran və onun müttəfiq qüvvələrinin təhdidləri qarşısında ABŞ-İsrail
müdafiə əməkdaşlığını müzakirə ediblər.
Qalant İsrailin Fələstin
radikalları ilə vasitəçi ölkələr vasitəsilə müqavilə bağlayaraq Qəzza zolağında
saxlanılan girovların azad edilməsinə nail olmaq istəyini xatırladıb.
"İsrail və ABŞ arasında
İrana və onun müttəfiqlərinə qarşı təhlükəsizlik əməkdaşlığı regionun sabitliyi
və təhlükəsizliyi üçün çox vacibdir. Biz İsrail vətəndaşlarını qorumağa sadiqik
və bu, həmçinin Qəzza ilə bağlı razılığın əldə edilməsini əhatə edir. İsrail
girovların qaytarılması ilə bağlı razılığa gəlməyə sadiqdir” deyə Qalant
bildirib.
tag: Yoav Qalant, Lloyd Ostin, İran, İsrail, todaypress.az,