İsrail təyyarələri Yəmənin Hudeyda limanında neft anbarlarını bombaladı
“Bir müddət əvvəl qırıcı təyyarələr
son aylarda “Ənsar Allah” hərəkatı (husilər) tərəfindən İsrailə qarşı həyata
keçirilən yüzlərlə hücuma cavab olaraq Yəmənin Hudeydə limanı yaxınlığındakı hərbi
obyektlərə zərbələr endirib”.
TodayPress xəbər verir
ki, bu barədə İsrail Ordusu məlumat yayıb.
“The Times of Israel”in
yazdığına görə, bu, İsrailin Yəməndəki hərbi obyektləri ilk dəfə
bombalamasıdır.
“Al Hadath” telekanalı isə
bildirib ki, hava hücumunda “F-35” qırıcıları da daxil olmaqla, İsrail Hərbi
Hava Qüvvələrinə məxsus ən azı 12 təyyarə iştirak edib.
Belə ki, Hudeyda limanında neft anbarları, şəhərin elektrik stansiyası, eləcə də hərbi polis binası bombalanıb. Nəticədə 3 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
tag: İsrail, Yəmən, Hudeydə, Ordu, todaypress.az,