İsrail təyyarələri Livanı vurdu
Dünya
24.08.2024 05:00
İsrail döyüş təyyarələrinin Livanın cənubuna hava zərbələri endirməsi nəticəsində biri uşaq olmaqla 8 nəfər həlak olub.
TodayPress xəbər verir ki, bu haqda Livanın rəsmi agentliyi "NNA" məlumat yayıb.
Bildirilib ki, İsrail təyyarələrinin Livanın cənubundakı Tir şəhərinin Tayr Harfa qəsəbəsinə hava hücumu həyata keçirməsi zamanı 5 nəfər həlak olub.
Livanın cənubunda Həmadiyə şossesində avtomobilin vurulması zamanı isə bir nəfər ölüb.
Bundan başqa, Səhiyyə Nazirliyi də İsrail ordusunun
ölkənin cənubundakı Aytə əl-Cəbəl qəsəbəsinə təşkil etdiyi hava hücumun zamanı
aralarında 7 yaşlı uşaq olmaqla 2 nəfərin həlak olduğunu açıqlayıb.
tag: İsrail, Livan, Döyüş,Ölüm,todaypress.az,