İsrail təyyarələri Beyruta üç hava zərbəsi endirdi
Dünya
26.10.2024 02:51
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın
paytaxtı Beyrutun cənub kənarında, Hizbullah şiə qruplaşmasının obyektlərinin
yerləşdiyi ərazilərə hücum edib.
TodayPress xəbər verir ki, yerli mülki
müdafiə xidmətindəki mənbənin “TASS” müxbirinə verdiyi məlumata görə, hava
hücumu sakinlərin əksəriyyətini tərk etdiyi Haret Hreik məhəlləsinə hava
hücumları ilə başlayıb.
"Təyyarələr Haret
Hreikə ən azı üç hava hücumu həyata keçirib" mənbə qeyd edib.
Həmin şəxsin sözlərinə görə, İsrail Hərbi Hava Qüvvələri oktyabrın
25-nə keçən gecə Beyrutun cənub məhəllələrini və ətraf rayonlarını 13 dəfə
bombalayıb, ən azı 6 evi dağıdıb.
Aynur TAC
tag: Livan, Israil, HƏMAS, Beyrut, Hərbi Hava, todaypress.az,