İsrail təyyarə qəzası səbəbindən Moskvaya uçuşları dayandırdı
Dünya
26.12.2024 23:00
İsrailin “El Al” aviaşirkəti “Rusiya hava
məkanındakı hadisələr” səbəbindən Tel-Əvivdən Moskvaya uçuşları növbəti həftə
ərzində dayandırmaq qərarını verdiyini açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə
Daşıyıcı bu qərarı Bakıdan Qroznıya uçan AZAL
aviaşirkətinə məxsus Embraer 190 təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından
sonra qəbul edib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini
həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri
yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
tag: AZAL, Israil,Uçuş,Bakı- Qroznı, Qazaxıstan, todaypress.az,