İsrail terror şübhəsi ilə yüzlərlə insanı saxladı
İsrail təhlükəsizlik qüvvələri son bir ayda İordan çayının qərb sahilində 260-a yaxın fələstinlini saxlayıb.
TodayPress xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Saxlanılanlar terror fəaliyyətində iştirakda şübhəli bilinirlər.
Qeyd edək ki, İordan çayının qərb sahilində mütəmadi olaraq çoxsaylı reydlər keçirilir. Son 24 saat ərzində orada müxtəlif ərazilərdə axtarışda olan 14 nəfər saxlanılıb.
Bundan əlavə, son bir ay ərzində həbslər və axtarışlar zamanı 50 silah və yüz minlərlə şekel (on minlərlə dollar) müsadirə edilib. İsrail tərəfinin fikrincə, bütün bunlar terror fəaliyyətini maliyyələşdirmək üçün nəzərdə tutulub.
Töhfə Səməd
tag: İsrail, Terror, İordan, Axtarış, todaypress.az,