İsrail təkzib etdi: Ordu Dəməşqə doğru irəliləmir

Dünya

10.12.2024 15:42

1834

“İsrail qoşunlarının Dəməşqə doğru irəliləməsi ilə bağlı məlumatlar etibarsızdır”. 

TodayPress xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda deyilir: “İsrail tanklarının Dəməşqə doğru irəliləməsi ilə bağlı mediada yayılan məlumatlar yalandır. Qoşunlarımız İsraili müdafiə etmək məqsədi ilə bufer zonada və sərhədə yaxın müdafiə mövqelərindədir”.

Daha əvvəl “Əl-Vatan” mənbələrinə istinadən xəbər vermişdi ki, İsrail qüvvələri Dəməşq əyalətinin cənubuna çatıb və Suriya paytaxtından cəmi 50 kilometr aralıda əraziyə nəzarəti ələ keçirib.

Töhfə Səməd

tag: İsrail, Müdafiə, Qüvvə, Kilometr,todaypress.az,