İsrail Tehran neft emalı zavodunu vurdu?
Dünya
26.10.2024 12:45
Tehran neft emalı zavodu İsrailin hərbi hücumunun hədəfi olmayıb və həmişəki kimi fəaliyyətini davam etdirir.
TodayPress xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi Şaker Xafai məlumat verib.
O, həmçinin müəssisənin hava hücumundan müdafiə sistemlərinin neft emalı zavoduna mümkün hücumları dəf etməyə hazır olduğunu açıqlayıb.
Tehran neft emalı zavodu İranın neft emalı gücünün təxminən 15%-ni təşkil edir. Zavod benzin, dizel yanacağı, qazoylu, mazut və digər neft məhsulları istehsal edir. Şirkət Tehranın cənub hissəsində yerləşir və ölkənin ən böyük neft emalı zavodlarından biridir.
Töhfə Səməd
tag: Tehran, Neft, İsrail, Hücumlar, Zavod, todaypress.az,