İsrail tankları Suriya paytaxtına yaxınlaşır
Dünya
10.12.2024 10:30
İsrail Müdafiə Qüvvələrinin tankları Suriyanın paytaxtı Dəməşq yaxınlığındadır.
TodayPress xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, zirehli texnika şəhərdən cəmi 20 kilometr aralıda görünüb. İsrail hərbçilərinin Dəməşqin cənubunda 9 kəndi işğal etdiyi deyilir.
Bir gün əvvəl İsrail qüvvələri Suriya ilə sərhəddəki bufer zonada ərazilərə nəzarəti bərqərar edib. İsrail rəhbərliyi hərbçilərə “Ərəb Respublikasında təcili olaraq ağır strateji silahlardan və terror infrastrukturundan təmiz təhlükəsizlik zonası yaratmağı” tapşırıb.
Dekabrın 9-da Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali ölkədə hakimiyyətin prezident Bəşər Əsədi devirmiş anti-hökumət qüvvələrinin liderlərinə verilməsinə razı olduğunu bildirib.
Töhfə Səməd
tag: İsrail ,Suriya ,Ərazi ,Dəməşq ,todaypress.az,