İsrail tankları Rəfahın mərkəzinə daxil oldu

Dünya

28.05.2024 16:22

İsrail tankları Rəfahın mərkəzinə daxil olub. TodayPress xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumatda İsrailin beynəlxalq təzyiqə baxmayaraq, Qəzza və Rəfahda əməliyyatlara davam etdiyi bildirilib.

Qeyd edək ki, İsrail ordusunun Rəfahda çadır şəhərciyinə zərbə endirməsi nəticəsində 45 nəfər həlak olub.

tag: İsrail, Rəfah, Qəzza, Dünya xəbərləri, todaypress.az,