İsrail Suriyanın Palmira şəhərinə zərbələr endirdi
İsrail silahlı qüvvələri Suriyanın Homs əyalətində yerləşən Palmira şəhərinə aviazərbələr endirib.
TodayPress xəbər verir ki, bu barədə Suriyanın “SANA” agentliyi məlumat yayıb.
Mənbənin sözlərinə görə, zərbə şəhərdəki yaşayış binalarına və sənaye obyektlərinə dəyib.
Hazırda hücum nəticəsində dağıntıların miqyası və qurbanların sayı dəqiqləşdirilir.
“Əl-İxbariya” telekanalı atəş nəticəsində bir neçə nəfərin yaralandığını bildirir.
Bundan əvvəl Suriya mediası Palmira və ətraf ərazilərdə güclü partlayış səslərinin eşidildiyini yazmışdı.
Günəş Mərd
tag: Suriya,İsrail ,Palmira ,Əl-İxbariya,todaypress.az,