İsrail Suriyanın ən böyük hava bazalarına zərbələr endirdi
Dünya
10.12.2024 13:25
İsrail əsgərləri Suriyadakı ən böyük hava bazalarına hücum edib.
TodayPress xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Bildirilib ki, Mezzeh hərbi hava limanına və Dəməşq yaxınlığındakı Aqraba helikopter aerodromuna, həmçinin Suriya ordusunun Maaloula bölgəsindəki hava hücumundan müdafiə batalyonuna raket və hava zərbələri endirilib. Nəticədə onlarla helikopter və qırıcı təyyarə məhv edilib.
Töhfə Səməd
tag: Suriya ,Hava bazası ,Liman, Hərbi, todaypress.az,