İsrail Suriyada 15 hərbi gəminin olduğu iki limana hücum etdi

Dünya

11.12.2024 01:45

1060

İsrail Hərbi Dəniz Qüvvələri gecə saatlarında Suriyanın iki limanında 15 Suriya hərbi gəmisinə hücum edib.

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

"İsrail Hərbi Dəniz Qüvvələrinin raket korvetləri eyni vaxtda Suriyanın 15 hərbi gəmisinin yerləşdiyi Əl-Beydə və Latakiya limanlarına zərbələr endirib" agentlik bildirib.

Bundan əlavə, son 48 saat ərzində İsrailin Şimal Komandanlığının Atəş İdarəetmə Mərkəzi Suriyada silah anbarları, hərbi obyektlər və raket buraxılış qurğuları da daxil olmaqla 130 hədəfə zərbələr endirilb.

Aynur TAC

tag: Gəmi, Hücum, Suriya,Zərbə,İsrail, todaypress.az,