İsrail-Suriya qarşıdurmasında ölənlərin sayı artdı
Dünya
09.09.2024 13:00
İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın Masyaf şəhərinə endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 14-ə yüksəlib.
TodayPress xəbər verir ki, bu barədə Suriyanın “SANA” agentliyi məlumat yayıb.
Masyafdakı Milli Xəstəxananın direktoru doktor Faysal Hayder bildirib ki, zərbələr nəticəsində həlak olanların sayı 14-ə çatıb, 43 nəfər isə yaralanıb. Onlardan 6-sının vəziyyəti ağırdır.
Töhfə Səməd
tag: İsrail,Suriya,Hava,Hücum,Zərbə,Ölənlər,Masyaf,Yaralı,todaypress.az,