İsrail siyasi koalisiyasında dəyişikliklər baş verir
Dünya
06.08.2024 11:42
İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müdafiə nazirini dəyişdirməyi və siyasi koalisiya daxilində postların yenidən bölüşdürülməsini nəzərdən keçirir.
TodayPress xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Netanyahu ilə hazırkı müdafiə naziri Yoav Qalant arasında pisləşən fikir ayrılıqlarına görə, Likud partiyası yenidən Qalantın əvəzlənməsini müzakirə etməyə başlayıb.
Bu vəzifəyə əsas namizədlərdən biri 40 ilə yaxın ölkənin silahlı qüvvələrində xidmət etmiş, 2007-2011-ci illərdə isə Baş Qərargah rəisi vəzifəsində çalışmış 70 yaşlı istefada olan general Qabi Aşkenazidir. O, 2020-2021-ci illərdə xarici işlər naziri vəzifəsini də icra edib.
Netanyahu Aşkenaziyə 2023-cü ilin oktyabrında yenidən müdafiə naziri postunu təklif etməyi planlaşdırıb. Siyasətçilər hətta Baş Qərargahda görüş keçiriblər, lakin sonra heç bir kadr dəyişikliyi aparılmayıb.
Qeyd edək ki, Qalant 2022-ci ilin dekabrından müdafiə naziri vəzifəsində çalışır.
Günəş Mərd
tag: İsrail,Yoav Qalant ,Benyamin Netanyahu,Qabi Aşkenazi, Baş Qərargah, todaypress.az,