İsrail Rusiya istehsalı olan silahları Ukraynaya verəcək

Dünya

22.01.2025 05:44

Təl-Əviv Rusiya istehsalı olan silahları Kiyevə verəcək.


TodayPress xəbər verir ki, bu barədə Ukraynanın İsraildəki səfirliyi “Facebook” sosial şəbəkə hesabında  yazıb.


Ukraynanın səfiri Yevgeni Korniyçuk İsrail xarici işlər nazirinin müavini Şarren Haskel ilə görüşüb.


Bildirilib ki, görüş zamanı  nazir Rusiya istehsalı silahların Ukraynaya verilməsi təklifinə görə nazir müavininə minnətdarlığını bildirib.


Aynur TAC

 

tag: Ukrayna, İsrail, Səfir, Şarren Haskel, Nazir, todaypress.az,