İsrail rəsmiləri Qəzza sazişinin təsdiqini müzakirə edəcək

Dünya

16.01.2025 21:55

İsrailin Təhlükəsizlik Kabineti və hökuməti yanvarın 17-də Qəzza zolağında girovların azad edilməsinə dair sazişi təsdiqləmək üçün bir araya gələcək.

 

TodayPress xəbər verir ki, bu barədə "N12" telekanalı məlumat yayıb.


Məlumata görə, son saatlarda aparılan danışıqlar zamanı Qəzzada atəşkəs rejimini nəzərdə tutan sazişin parametrləri ilə bağlı HƏMAS ilə qalan fikir ayrılıqları aradan qaldırılıb.

tag: İsrail, Girov, Qəzza, Atəşkəs, todaypress.az,