İsrail Rəfaha zərbə endirdi - 9 fələstinli həlak oldu
Dünya
18.06.2024 00:28
İsrail ordusuna məxsus döyüş təyyarələri Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hücum edib. Hücum zamanı 9 fələstinli həyatını itirib.
TodayPress Fələstinin rəsmi agentliyi WAFA-ya istinadla xəbər verir ki, Qəzzadakı Avropa Xəstəxanasından bir səhiyyə rəsmisi, İsrailin hücumları nəticəsində həyatını itirən 9 fələstinlinin və bəziləri ağır olmaqla çox sayda yaralının cəsədlərinin Xan Yunisdəki xəstəxanaya gətirildiyini bildirib.
GÜNEL
tag: Rəfah, Fələstin, Qəzza zolağı, İsrail ordusu, todaypress.az,