İsrail qoşunlarını Colan bufer zonasında saxlayacaq
Dünya
12.12.2024 13:59
“İsrail Suriya ilə sərhəddə təhlükəsizlik zəmanəti alana qədər Colan təpələrindəki bufer zonada hərbi mövcudluğunu saxlamaq niyyətindədir”.
TodayPress xəbər verir ki, bu barədə Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahunun ofisi bildirib.
“İsrail qoşunlarının bufer zonada yerləşdirilməsi –1974-cü il müqaviləsinə (İsrail və Suriya arasında qüvvələrin ayrılması haqqında) sadiq qüvvələr yaradılana və sərhədimizdə təhlükəsizliyə təminat verilənə qədər müvəqqətidir” deyə bildirilib.
Töhfə Səməd
tag: İsrail, Təminat ,Zona, Qüvvə, todaypress.az,