İsrail qırıcıları Suriya hərbi obyektlərinə zərbələr endirdi

Dünya

14.12.2024 00:56

İsrail təyyarələri Rusiya hərbi bazalarının yerləşdiyi Latakiya və Tartus əyalətlərində Suriya hərbi obyektlərinə bombalı hücum təşkil edib.

TodayPress xəbər verir ki, bu barədə “Al Mayadeen” televiziyası  məlumat yayıb.

Məlumata görə, zərbələr Suriya silahlı qüvvələrinin istifadə etdiyi komanda mərkəzləri və hərbi anbarlara endirilib.

Hesabatda hücum nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib.

Suriyanın silahlı müxalifət birləşmələri noyabrın 27-də hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma başlayıb və dekabrın 7-də Dəməşqə daxil olub. Bəşər Əsəd prezident vəzifəsindən istefa verib və hakimiyyətin sülh yolu ilə təhvil verilməsi barədə göstəriş verərək ölkəni tərk edib.

Aynur TAC

tag: Suriya, Dəməşq, Bəşər Əsəd, Prezident,İsrail, todaypress.az,