İsrail Qəzzanın sərhəd planını təsdiqlədi

Dünya

30.08.2024 12:22

İsrail Təhlükəsizlik Kabineti qoşunların Filadelfiya dəhlizində - Misirlə sərhəddə, Qəzza zolağında saxlanılması planını təsdiqləyib. 

TodayPress xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Bildirilib ki, qərar səs çoxluğu ilə qəbul edilib. İsrail hakimiyyəti hesab edir ki, oktyabrın 7-də HƏMAS-ın hücumuna başlıca səbəb Misirdən Qəzzaya ötürülən təchizatlar ola bilər. Buna görə də baş nazir Benyamin Netanyahu bu tədbiri təhlükəsizliyin təminatı kimi qəbul edib.

Töhfə Səməd

tag: Qəzza, İsrail, Filadelfiya, Misir, HƏMAS ,todaypress.az,