İsrail Qəzzanın Əl-Avda xəstəxanasını mühasirəyə aldı

Dünya

19.10.2024 09:30

2108

İsrail hərbçiləri Qəzzanın şimalında, Cəbəliya bölgəsindəki Əl-Avda xəstəxanasını mühasirəyə alıb.

TodayPress xəbər verir ki, bu barədə “Əl-Mayadeen” xəbər agentliyi və Qüds Xəbər Şəbəkəsi məlumat yayıb.

Bundan əvvəl İsrail tanklarının yaxınlıqdakı Beyt Lahiyadakı İndoneziya xəstəxanasını mühasirəyə alması barədə məlumat yayılmışdı. 

Ölən və yaralananlar barədə məlumat verilmir.

Töhfə Səməd

tag: İsrail, Qəzza, Cəbəliya,Əl-Avda, Mühasirə, Beyt, İndoneziya, todaypress.az,