İsrail Qəzzanın boşaldılmasını əmr etdi

Dünya

22.07.2024 17:50

İsrail hərbçiləri növbəti əməliyyatdan əvvəl Qəzzanın cənubundakı humanitar zonanın bir hissəsindən mülki şəxsləri müvəqqəti olaraq təxliyə etməyi əmr edib.

TodayPress xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb. 

Hərbçilər Xan Yunis şəhərinin şərq məhəllələrinin təhlükəli olduğunu və sakinlərə Əl-Məvasi bölgəsinə getməyi tapşırıb.

Fələstinlilər bildiriblər ki, onlar olduqları yeri tərk etməyəcəklər.

Qeyd edək ki, xəbərdarlıq edilən saatdan bu yana altısı uşaq olmaqla azı 14 nəfər öldüb. 

Töhfə Səməd

tag: İsrail, Qəzza, Xan Yunis, Əl-Məvasi, Fələstin, todaypress.az,