İsrail Qəzzanı bombaladı: 17 fələstinli öldü

Dünya

18.06.2024 10:50

948

Nuseyrat qaçqın düşərgəsinə zərbələrin endirilməsi nəticəsində 17 nəfər ölüb.

TodayPress xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera“ telekanalı məlumat yayıb.

Qeyd olunub ki, İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağının mərkəzi hissəsini kütləvi şəkildə bombalaması nəticəsində azı 17 fələstinli həlak olub.

Daha əvvəl telekanal Nuseyrat qaçqın düşərgəsinə endirilən aviazərbələr nəticəsində 7 nəfərin öldüyünü, bir neçəsinin isə yaralandığını bildirmişdi.

tag: İsrail, Nuseyrat, Qətər, Qəzza, todaypress.az,