İsrail Qəzzadan qoşunlarını çıxarmağa razı olduğunu açıqladı
ABŞ dövlət katibi Antoni Blinken İsrailin Qəzza zolağından qoşunlarının çıxarılmasına razılıq verdiyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Blinkenin sözlərinə görə, Qəzza zolağında İsraillə HƏMAS arasında əldə olunan atəşkəs razılaşmasında İsrailin bir neçə bölməsinin anklavdan çıxarılmasına dair bənd var.
“Sazişdə İsrail Müdafiə Qüvvələrinin qoşunlarının Qəzzadan çıxarılmasının tarixləri və yerləri çox aydın şəkildə göstərilib və İsrail bununla razılaşıb” deyə dövlət katibi qeyd edib.
O, əlavə edib ki, razılaşmanın şərtlərini İsrailin baş naziri Benyamin Netanyahudan şəxsən qəbul edib.
Töhfə Səməd
tag: Blinken, ABŞ, Qəzza, HƏMAS ,İsrail, todaypress.az,