İsrail Qəzzadan geri çəkilir?

Dünya

23.07.2024 11:40

İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı razılaşmanın birinci mərhələsinin başlaması üçün Qəzza zolağından müvəqqəti çıxa bilər.

TodayPress xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti yazıb. 

Məlumatda qeyd olunub ki, İsrail ordusu 42 gün ərzində Qəzzadan tamamilə geri çəkilsə, böyük itkilərə məruz qalmayacaq. 

“Bu, HƏMAS-ın əsirliyində qalan 120 girovdan 18-33-nü azad etməyə kömək edəcək” deyə nəşr qeyd edib.  

Qeyd edək ki, İsrail və HƏMAS nümayəndələri arasında Qəzza zolağındakı vəziyyətlə bağlı məsləhətləşmələr Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə keçirilir. İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona üç günlük səfəri zamanı ABŞ-nin yüksək səviyyəli rəsmiləri ilə razılaşmanı yaxın günlərdə müzakirə edəcəyi gözlənilir.   

Günəş Mərd

tag: İsrail, Qəzza, HƏMAS,Girovlar, todaypress.az,