İsrail Qəzzadakı atəşkəs üçün ABŞ-yə yeni təklif göndərdi
Dünya
27.07.2024 22:47
İsrail Qəzza zolağında atəşkəs
razılaşması və girovların azad edilməsi üçün yenilənmiş təklifini ABŞ-yə təqdim
edib.
TodayPress xəbər
verir ki, bu barədə “Axios” portalı İsrail rəsmisinə və digər mənbələrə istinadən
məlumat yayıb.
Nəşrin məlumatında qeyd edilir
ki, yeni təklifdə silahların və silahlıların cənubdan sektorun şimalına ötürülməsini
izləmək və qarşısını almaq üçün xarici mexanizmin yaradılması da var.
Təklif Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Burns, Qətərin baş naziri Şeyx Məhəmməd bin Abdel Rəhman Əl Tani, İsrailin Mossad kəşfiyyatının direktoru David Barnea və Misir kəşfiyyatının rəhbəri Abbas Kamelin iştirakı ilə Romada keçiriləcək danışıqlardan əvvəl göndərilib.
tag: İsrail, Qəzza, ABŞ, Atəşkəs,todaypress.az,