İsrail Qəzzada məktəbə hava zərbələri endirdi

Dünya

01.10.2024 11:29

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzzada BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məktəbinə hava zərbələri endirib.

TodayPress xəbər verir ki, bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrail kəşfiyyatı bu məktəbdə HƏMAS yaraqlılarının fəaliyyət göstərdiyini müəyyən edib.

"İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının şimalındakı Qəzza şəhərində komanda-nəzarət mərkəzində fəaliyyət göstərən HƏMAS terrorçularına dəqiq zərbə endirib. Komanda-nəzarət mərkəzi əvvəllər UNRWA-nın “Şücayyə” məktəbinin olduğu binada yerləşib" deyə məlumatda qeyd olunub.

tag: İsrail Müdafiə Qüvvələri ,Qəzza,BMT, Terror, todaypress.az,