İsrail Qəzzada humanitar missiyanın girişini əngəllədi

Dünya

17.09.2024 09:35

İsrail sentyabrın 1-dən 15-dək Qəzza zolağında 337 humanitar missiyadan 66-na girişi qadağan edib. 

TodayPress xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb. 

Bildirilib ki, bu müddət ərzində anklavın şimalına 94 missiya planlaşdırılıb, lakin İsrail onların 25-dən (27%) imtina edib. Həmçinin Qəzzanın cənubuna 243 humanitar missiyanın gəlməsi planlaşdırılıb ki, onlardan da 41-nə (17%) giriş qadağan edilib.

Töhfə Səməd

tag: İsrail ,Qəzza ,BMT,Humanitar ,Cənub, todaypress.az,