İsrail Qəzzada əməliyyata başladı
İsrail ordusu Qəzza zolağının cənubunda Tell əs-Sultan bölgəsində yerləşən HƏMAS hərəkatının hədəflərinə və silahlılarına qarşı əməliyyata başlayıb.
TodayPress xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Son 24 saat ərzində şiddətli döyüşlərin getdiyi qeyd olunub. Bundan əlavə, İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsində əməliyyatları davam etdirdiyi və bir neçə yaraqlını öldürdüyü bildirilib.
Günəş Mərd
tag: İsrail, Qəzza, Tell Əs-Sultan, Ordu, Döyüşlər, todaypress.az,