İsrail Qəzzada atəşkəs razılaşması çərçivəsində 110 fələstinli məhbusu azad etdi
Dünya
31.01.2025 04:23
İsrail
Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində 32-si ömürlük həbs cəzası
çəkən 110 fələstinli məhbusu azad edib.
TodayPress xəbər verir ki, bunu Fələstin Məhbuslarla İş üzrə İnformasiya İdarəsi “Telegram” məlumat yayıb.
“Biz
şadıq ki, 110 Fələstin vətəndaşından ibarət 3-cü qrup məhbuslar azad edilib. Bu
qrupa ömürlük həbs cəzası çəkən 32 nəfər, uzunmüddətli həbs cəzasına məhkum
edilmiş 48 nəfər, həmçinin 30 yetkinlik yaşına çatmayan şəxs daxildir” bəyanatda deyilir.
Qeyd
edək ki, Qəzzada atəşkəs haqqında razılaşma yanvarın 19-da qüvvəyə minib. Həmin
gün girovların ilk qrupu, o cümlədən üç israilli qadın azad edilib. Öz
növbəsində İsrail 90 fələstinli məhbusu azad edib.
Aynur
TAC
tag: Fələstin, İsrail, Qəzza, Girov, todaypress.az,