İsrail Qəzza zolağının sakinlərini təxliyə etməyi əmr etdi
Dünya
15.09.2024 10:30
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının şimalında yerləşən Fələstinin Beyt Lahiya şəhərinin sakinləri üçün evakuasiya əmri verib.
TodayPress xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Nəşrin məlumatına görə, əmr Beyt Lahiyadan İsrailin Aşkelon şəhərinə iki raket atıldıqdan sonra verilib.
Qeyd edək ki, sentyabrın 15-də bölgədə hava hücumu xəbərdarlığı fonunda “yer-yer” tipli raket İsrailin mərkəzinə düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Günəş Mərd
tag: İsrail,Qəzza, HƏMAS ,Raket,Todaypress.az,