İsrail Qəzza zolağında humanitar zonaya zərbələr endirdi

Dünya

30.10.2024 09:50

İsrail Müdafiə Qüvvələri HƏMAS-ın hədəflərinin yerləşdiyi Xan Yunisdəki (Qəzza zolağı) humanitar zonaya zərbələr endirib. 

TodayPress xəbər verir ki, bu barədə İsrail Ordusu öz “Telegram” kanalında məlumat yayıb. 

Zərbənin kəşfiyyatdan məlumat alındıqdan sonra həyata keçirildiyi qeyd edilir. Ordunun mülki insanlara zərər vurma riskini azaltmaq üçün dəqiq döyüş sursatlarından istifadə etdiyini vurğulanıb.

“Bu, HƏMAS-ın mülki infrastrukturdan sistematik şəkildə sui-istifadə etməsinin və humanitar zonadan terror hücumları, həmçinin beynəlxalq hüququn pozulması üçün pərdə kimi istifadə etməsinin daha bir nümunəsidir” məlumatda bildirilib.

Töhfə Səməd

tag: İsrail, Qəzza, Ordu, HƏMAS, Zərbə, todaypress.az,