İsrail Qəzza razılaşması üzrə 200 fələstinlini azad etdi
Dünya
25.01.2025 20:44
İsrail Həbsxana Xidməti Qəzza zolağında
saxlanılan dörd israilli girovun səhər saatlarında yəhudi dövlətinə təhvil
verilməsindən sonra Ofer və Ketsiot həbsxanalarından 200 fələstinli məhbusun
azad edildiyini təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə “Ynet” portalı
məlumat yayıb.
Ofer həbsxanasından azad edilən bütün məhbuslar İordan
çayının Qərb sahilindəki Fələstin ərazilərinə göndərilib. Ketsiot
həbsxanasından olan məhbuslar İsrailin Qəzza zolağı ilə sərhədində, Misir
sərhəd-keçid məntəqəsinin yaxınlığında yerləşən “Kerem-Şalom” nəzarət-buraxılış
məntəqəsinə göndərilib.
Yanvarın 25-i səhər saatlarında Qəzza zolağında yeni
israilli girovlar qrupu azad edilib. Qrupa HƏMAS-ın 2023-cü il oktyabrın 7-də
hücumu zamanı İsrailin Fələstin anklavı ilə sərhədində xidmət edən dörd hərbçi
qadın daxil idi. Onlar artıq hərbçilərin müşayiəti ilə İsrailə çatıblar.
tag: İsrail, HƏMAS, Müharibə, Fələstin, Hücum, tdaypress.az,Qəzza, todaypress.az,