İsrail ordusunun Suriyanı tərk etməsi tələb olundu

Dünya

27.12.2024 15:23

Suriyanın sərhəd kəndlərinin sakinləri İsrail əleyhinə etiraz aksiyası keçiriblər.

TodayPress xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) yazıb.

Məlumata görə, nümayiş Maaria kəndində reallaşıb. Nəşr qeyd edir ki, İsrail hərbçiləri ilə toqquşmada ən azı bir nəfər həlak olub.

Nəşr ABŞ-dəki Yaxın Şərq Forumunun (MEF) Suriya üzrə eksperti Aimenna Cavad ət-Tamimidən sitat gətirir: 

“Bu, nə qədər çox davam edərsə, etirazların silahlı qarşıdurmaya çevriləcəyi qorxusu bir o qədər artır".

Töhfə Səməd

tag: İsrail ,Suriya ,Tərk etmək,Tələb, todaypress.az,