İsrail ordusunun daha iki hərbçisi öldürüldü
İsrailin şimalında baş verən döyüşdə iki
İsrail əsgəri ölüb.
TodayPress xəbər verir ki, bu barədə İsrail
ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “Qolani” briqadasında xidmət edən 20 yaşlı
çavuş Tomer Keren və 300-cü briqadanın batalyonlarından birində bölüyə
komandirlik edən 43 yaşlı ehtiyatda olan mayor Nael Fuarsi İsrailin şimalında
gedən döyüşdə həyatlarını itiriblər.
Eyni zamanda, mətbuat xidməti qeyd edib ki, çavuş Kerenin
ölümü ilə nəticələnən insident zamanı onun rəhbərlik etdiyi bölmənin daha bir
əsgəri ağır yaralanıb və xəstəxanaya təxliyə edilib.
tag: İsrail, Fələstin, Əsgər, Ölüm, todaypress.az,