İsrail ordusunda hərbi səfərbərlik elan edildi
Dünya
01.10.2024 19:00
İsrail ordusu ehtiyatda olan hərbçilərdən ibarət 4 hərbi briqadaların formalaşdırılması məqsədilə növbəti hərbi səfərbərlik elan edib.
TodayPress-in “inn.co.il” saytına istinadən xəbərinə görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, həmin birləşmələr Şimal sərhədləri istiqamətində operativ tapşırıqların yerinə yetirilməsinə cəlb olunacaq.
tag: İsrail,Şimal ,Səfərbərlik,Hərbi,todaypress.az,