İsrail ordusu Suriyadan gələn PUA-nı ələ keçirdi
İsrail Hərbi Hava Qüvvələri Suriyadan ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatının qarşısını alıb.
TodayPress xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.
“Cənub Colan Təpələri və Yuxarı Qalileydə sirenlərin səsindən sonra İsrail Hərbi Hava Qüvvələri Suriyadan İsrail hava məkanına uçan pilotsuz uçuş aparatını ələ keçirib” bəyanatda qeyd olunub.
Günəş Mərd
tag: İsrail, Suriya, Hərbi Hava Qüvvələri, Bəyanat, todaypress.az,