İsrail ordusu Rəfahdakı çadır düşərgəsini bombaladı -25 ölü, 50 yaralı

Dünya

21.06.2024 21:08

İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərində köçkün fələstinlilərin sığındığı Əl-Məvasi bölgəsindəki çadır düşərgələrinə bombalarla hücum edib.

TodayPress xəbər verir ki, hadisədən sonra çadırlarda yanğın başlayıb və ilkin hesablamalara görə, 25 nəfər həyatını itirib, 50 nəfər yaralanıb.

İsrail ordusu Beynəlxalq Ədalət Məhkəməsinin hücumları dayandırmaq qərarına baxmayaraq, Rəfahı bombalamağa davam edir.

GÜNEL

tag: Qəzza, Fələstin, Çadır düşərgəsi, İsrail ordusu, todaypressaz,