İsrail ordusu raket zərbələrini dəf etdi

Dünya

17.07.2024 09:45

İsrail Müdafiə Qüvvələri (İDF) Livandan uçan raketlərin bir hissəsini dəf edib və bu ölkədəki "Hizbullah" qüvvələrinin hədəflərinə zərbələr endirib.

TodayPress xəbər verir ki , bu barədə İsrail KİV-i məlumat yayıb.

“Nahariya şəhəri ərazisində Livan istiqamətindən uçan 15-ə yaxın raket aşkarlanıb. Mərmilərin bir hissəsi İDF-nin hava hücumundan müdafiə sistemi tərəfindən uğurla tutulub, qalanları isə açıq ərazilərə düşüb. Xəsarət alanlar barədə məlumat yoxdur” məlumatda qeyd olunub.

Günəş Mərd

tag: İsrail, Raket, Zərbə, Hücum, Nahariya, todaypress.az,