İsrail ordusu Qəzzada zərbələr endirməkdə davam edir
Dünya
19.01.2025 12:00
Bir neçə gün elan olunmuş atəşkəs bu gün qüvvəyə minmədiyi üçün İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirməkdə davam edir.
TodayPress xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, İsrail Müdafiə Qüvvələrinin artilleriya və aviasiya bölmələri Qəzzanın şimalında və mərkəzində bir sıra hədəflərə zərbələr endirib.
Vurğulanıb ki, İsrail ordusu hazır vəziyyətdədir və ölkə vətəndaşlarının zərər görməsinə imkan verməyəcək.
Nicat Osman
tag: Qəzza,Atəşkəs,İsrail,Hücum,Todaypress.az,