İsrail ordusu Nuseyrat qaçqın düşərgəsinə zərbələr endirdi
Dünya
16.11.2024 09:58
İsrail ordusu Qəzza zolağında Nuseyrat qaçqın düşərgəsinə zərbələr endirib.
TodayPress xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə Qəzza zolağının mərkəzi hissəsindəki Nuseyrat düşərgəsinin şimal-qərb bölgəsi İsrail artilleriyasının atəşinə məaruz qalıb.
Bundan başqa İsrail qırıcıları Qəzza şəhərinin şimal-qərb bölgələrinə zərbələr endirib.
Ölən və yaralananlarla bağlı hələ ki, məlumat verilməyib.
tag: İsrail, Qəzza, Qırıcılar, Zərbələr, todaypress.az,