İsrail ordusu: Livandan uçan PUA ələ keçirildi
Dünya
31.10.2024 07:36
İsrail ordusu Livandan
uçan PUA-nı ələ keçirdiyini bildirib.
TodayPress-in məlumatına görə, bu barədə Ordunun
Mətbuat xidməti açıqlama verib.
"Qərbi Qalileyada sirenlərin işə düşməsindən sonra
İsrail Hava Qüvvələri, Livan tərəfdən israili hava məkanına daxil olan pilotsuz
uçuş aparatını ələ keçirdi" açıqlamada deyilir.
Həmçinin, Livan ərazisindən atılan bir neçə mərminin
yuxarı Qalileya bölgəsinə düşdüyü barədə məlumat verilib.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin
nəzarətində olan ərazilərə hücum edib. Nəticədə aralarında qocalar, qadınlar,
uşaqlar da olmaqla 200-dən çox insan girov götürülüb. Buna cavab olaraq İsrail
Ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Əvvəllər dəfələrlə Qəzzada atəşkəslə
bağlı danışıqların dalana dirəndiyi barədə məlumatlar yayılıb. Eyni zamanda,
ABŞ, Qətər və Misirin Qəzzada İsrail və HƏMAS üçün yeni atəşkəs təklifinin
formalaşdırılması üzərində çalışdığı bildirilib. Lakin bu səylər indiyədək heç
bir ciddi dəyişikliyə səbəb olmayıb.
tag: israil, Livan, Hücum, HƏMAS, todaypress.az,